
Punch
On yeddi yaşlı Cim balaca əyalət şəhərciyində boksla məşğul olur və böyük rinqə hazırlaşır. Qarşıdakı döyüşdə qələbə ona peşəkar idman karyerasının qapılarını aça bilər. Onun məşqçisi olan atası Sten isə alkoqol asılılığı ilə mübarizə aparsa da, oğlunun bu boğucu mühitdən xilas olması üçün əlindən gələni edir.
Gənc idmançının həyatı Uetu adlı maori gənci ilə tanışlıqdan sonra başqa məcraya yönəlir. Sahildəki köhnə daxmada iti ilə yaşayan Uetu musiqiçi olmaq və buralardan uzaqlara getmək arzusundadır. Bu gözlənilməz münasibət Cimi gələcəyə dair planlarını və öz seçimlərini yenidən gözdən keçirməyə vadar edir.
«Punch» filmi rejissor Uelbi İnqs tərəfindən lentə alınıb. Yeni Zelandiya istehsalı olan ekran işi 2022-ci ildə işıq üzü görüb. Baş rolları Tim Rot, Jordan Oosterhof, Konan Heyes və Ebiqeyl Loren canlandırıblar.
«Punch» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 iyul 2022
- Ölkə
- Yeni Zelandiya
- Rejissor
- Uelbi İnqs
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Peşəkar çoxsəsli
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın