
Gözyaşlarının duzu
Xarratlıq məktəbinə qəbul imtahanları vermək üçün Parisə yollanan Lük orada Cəmilə adlı gənc qadınla tanış olur. Paytaxtda onların arasında qısa bir sevgi macərası başlayır. Doğma evinə qayıtdıqdan sonra isə gəncin həyatında Jenevyeva adlı başqa bir qadın peyda olur və onun diqqətini çəkir.
İki münasibət arasında çaşıb qalan Lük hər iki əlaqəni birdəfəlik kəsməyə qərar verir. O, atasını sevindirmək üçün gələcək peşəsinə və təhsilinə köklənmək istəyir. Lakin günlərin birində onun qarşısına həqiqi məhəbbət çıxır və hər şeyi yenidən dəyişir.
«Le sel des larmes» melodram filmi rejissor Filipp Qarrel tərəfindən ekranlaşdırılıb. Fransa və İsveçrə istehsalı olan bu ekran əsəri 2020-ci ildə işıq üzü görüb. Əsas rolları Loqann Antuofermo, Ulayya Amamra, Andre Vilm və Luiz Şevilyot canlandırıblar.
«Gözyaşlarının duzu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 fevral 2020
- Rejissor
- Filipp Qarrel
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın