
Yapon arvadı
Hindistanın ucqar bir kəndində yaşayan gənc riyaziyyat müəllimi həyatını onu böyüdən xalası ilə bölüşür. Rahatlıqdan uzaq bir mühitdə ömür sürən yetim gənc günlərin birində Yaponiyadan olan bir qızla ingiliscə məktublaşmağa başlayır. Hər həftə gələn bu məktublar tədricən bütün kənd sakinlərinin də diqqətini çəkir.
İki uzaq insan arasındakı bağ getdikcə möhkəmlənir. Qız ona isti corablar, fotoaparat və şəkillər albomu kimi bağlamalar yollayır, günlərin birində isə üzük göndərərək aralarındakı münasibəti qiyabi nikaha çevirir. Bir-birlərini ər-arvad sayan cütlük nəhayət görüşmək istəsə də, maddi çətinliklər və digər maneələr onların üz-üzə gəlməsinə imkan vermir.
«The Japanese Wife» dram filmi 2010-cu ildə Hindistanda rejissor Aparna Sen tərəfindən çəkilib. Baş rolları Rahul Bose, Chigusa Takaku, Raima Sen və Moushumi Chatterjee canlandırıblar.
«Yapon arvadı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 aprel 2010
- Ölkə
- Hindistan
- Rejissor
- Aparna Sen
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın