
İtirilmiş cənnət
Ailəsi tərəfindən qəbul edilməyən Xoy doğma əyaləti tərk edib böyük şəhərə üz tutur. Gənc oğlan yeni bir həyata başlamaq üçün kifayət qədər vəsait toplayıb. Şəhərdə o, Donq adlı gülümsər bir şəxslə tanış olur və onun sevgilisi Lam ilə birlikdə kirayə mənzildə yaşamaq təklifini qəbul edir.
Çox keçmədən yeni otaq yoldaşları Xoyun bütün pullarını, sənədlərini və əşyalarını götürərək qaçırlar. Bir müddət sonra fırıldaqçı Donq eyni oyunu Lamın da başına açır. Küçələrdə gecələməli olan Xoy fəhləlik etməyə məcbur qalır, aldadılan Lam isə pul qazanmaq üçün bədənini satmağa başlayır.
«İtirilmiş cənnət» (Hot Boy Noi Loan) adlı dram filmi 2011-ci ildə Vyetnamda çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Vu Nqok Danqdır. Əsas rolları Luonq Man Hay, Ho Vin Xoa, Lin Son və Hieu Hien canlandırıblar.
«İtirilmiş cənnət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 sentyabr 2011
- Ölkə
- Vyetnam
- Rejissor
- Vu Ngoc Dang
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Кошкин
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın