
Abekku panchi
Yuxarı sinif şagirdləri İsaki və Hiramasanın günləri avaraçılıq və küçə davaları ilə keçir. Küçədə rastlaşdıqları bir gənc və onun yanındakı qızla yaranan növbəti qarşıdurma isə gözlənilməz sonluqla bitir. Öz gücünə güvənən Hiramasa rəqiblərinin birgə endirdiyi sərrast zərbə nəticəsində dərhal nokauta düşür.
Həmin cütlüyün qadın və kişinin əl-ələ tutaraq rinqdə mübarizə apardığı xüsusi idman növü sayılan «avekku» üzrə çempion olduğu üzə çıxır. Acı məğlubiyyətlə barışa bilməyən dostlar bu qeyri-adi döyüş sənətinin sirlərini özləri dərindən öyrənmək qərarına gəlirlər.
2011-ci ildə Yaponiyada çəkilmiş «Abekku panchi» dram filminin rejissoru Takeshi Furusavadır. Ekran əsərinin baş rollarında Tetsuya Makita, Suzunosuke Tanaka, Ayame Misaki və Rina Takeda çəkiliblər.
«Abekku panchi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 iyun 2011
- Ölkə
- Yaponiya
- Rejissor
- Takeshi Furusawa
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Береговых, Виктор Береговых
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın