
Abbott və Kostello Görünməz Adamla Görüşür
Xüsusi xəfiyyəlik məktəbini indicə bitirmiş Lu Fransis və Bad Aleksander ilk təhqiqatlarına başlayırlar. Təcrübəsiz detektivlərin ilk müştərisi həbsxanadan qaçmış boksçu Tommi Nelson olur. İdmançı öz menecerini öldürməkdə əsassız yerə ittiham edilib və indi nişanlısı Helenin yanına getmək üçün bu iki dostun köməyinə ehtiyac duyur.
Nelsonun Helenin yanına tələsməsinin səbəbi qızın əmisi həkim Filip Qreyin ixtira etdiyi xüsusi zərdabdır. Qaçaq boksçu həmin maddəni qəbul edərək görünməz olmağı, əsl qatili tapıb öz günahsızlığını sübut etməyi düşünür. Xəfiyyələr isə gözəgörünməz müştəri ilə birlikdə mürəkkəb hadisələrin içinə düşürlər.
1951-ci ildə ABŞ-da istehsal olunmuş «Bud Abbott Lou Costello Meet the Invisible Man» filminin quruluşçu rejissoru Çarlz Lemontdur. Baş rolları məşhur komediya cütlüyü Bad Abbott və Lu Kostello ilə yanaşı Nensi Qild və Artur Frans canlandırıblar.
«Abbott və Kostello Görünməz Adamla Görüşür» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 mart 1951
- Ölkə
- ABŞ
- Rejissor
- Çarlz Lemont
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın