
(Qeyri)mükəmməl kişi
Sveta şəxsi həyatında heç cür xoşbəxtlik tapa bilmir: o, daima sevgililərinin nazı ilə oynayır, alçaldılmalara dözür və xəyanətləri bağışlayır. Növbəti uğursuz münasibətdən sonra qız robot satışı ilə məşğul olan şirkətdə işə düzəlir. İnsanlardan zahirən fərqlənməyən bu qabaqcıl texnologiyalar artıq gündəlik həyatın bir parçasına çevrilib və sahiblərinin xasiyyətini, zəif tərəflərini çox yaxşı duyurlar.
Robotlardan birində proqram xətası aşkarlananda onu istehsalçıya geri qaytarmaq qərarına gəlirlər. Lakin Sveta bu texniki nasazlığı fərdi xarakter kimi qəbul edərək robota aşiq olur və onu almağa icazə istəyir. Qız bu qayğıkeş və diqqətcil robotla gələcək qurmaq niyyətinə düşür, bu isə tamamilə gözlənilməz hadisələrə yol açır.
«(НЕ)идеальный мужчина» fantastik filmi 2020-ci ildə Rusiyada çəkilib. Komediya və melodram elementlərini birləşdirən ekran əsərinin quruluşçu rejissoru Maryus Vaysberqdir. Əsas rolları Yuliya Aleksandrova, Yeqor Krid, Roman Kurtsın və Maksim Laqaşkin ifa ediblər.
«(Qeyri)mükəmməl kişi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 yanvar 2020
- Ölkə
- Rusiya
- Rejissor
- Maryus Vaysberq
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın