
Plankton
Rezin qayıqla dəniz gəzintisinə çıxan beş gənc qəfil fırtınaya tuş gəlir. Güclü dalğalar qayığı çevirsə də, gənclər yaxınlıqda lövbər salmış böyük bir yaxta görürlər. Sağ qalmaq ümidi ilə göyərtəyə qalxan dostlar ətrafda heç kimin olmadığını anlayırlar.
İnsanların əvəzinə gəminin daxilində elmi avadanlıqlar, müxtəlif balıqlar və dəniz canlıları saxlanılır. Çox keçmədən yaxtadakı heyətin taleyi aydınlaşır. Laboratoriyada aparılan gizli təcrübələr nəticəsində mutasiyaya uğramış yırtıcı dəniz məxluqları bütün insanları məhv edib.
1994-cü ildə İtaliyada çəkilmiş «Plankton» elmi-fantastik qorxu filminin rejissoru Alvaro Passeridir. Ekran əsərində əsas rolları Kley Rocers, Carlo Bon, Şeron Tvomi və Laura Di Palma canlandırıb.
«Plankton» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 yanvar 2000
- Ölkə
- İtaliya
- Rejissor
- Alvaro Passeri
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın