
Kista
Hadisələr 1960-cı illərdə baş verir. Həkim Qay şişləri və kistaları aradan qaldırmaq üçün xüsusi bir tibbi aparat düzəldib və bu kəşfinə rəsmi patent almaq istəyir. Yoxlama komissiyası klinikaya məhz tibb bacısı Patrisiyanın sonuncu iş günündə təşrif buyurur.
Cihazın gücünü nümayiş etdirmək üçün həkimə təcili olaraq kistası olan xəstə lazım gəlir, lakin uyğun namizəd tapılmır. Çıxış yolunu köməkçisinə xüsusi maddə vurmaqda görən həkim onun bədənində sürətlə süni kista böyüdür. Nəzarətdən çıxan sınaq nəticəsində kista canlı bədəndən ayrılaraq qorxunc bir bədheybətə çevrilir və binadakıları tələyə salır.
Elmi-fantastika, komediya və qorxu janrlarını birləşdirən «Cyst» filmi 2020-ci ildə ABŞ-da lentə alınıb. Layihənin rejissoru Tayler Rassell, baş rol ifaçıları isə Eva Habermann, Corc Hardi, Qreq Sestero və Ceyson Duqlasdır.
«Kista» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 sentyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Tayler Rassell
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 69 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın