
Arxontlar
Yeganə hit mahnılarından sonra şöhrətini itirən "Sled Dog" rok qrupunun üzvləri uzun müddətdir yaradıcılıq böhranı ilə üz-üzədir. Kumirinin təcrübəsindən təsirlənən gitaraçı ilham tapmaq məqsədilə psixodelik maddələrdən istifadə etmək üçün Kanada meşələrinə yollanmağı qərara alır. Qrupun digər ifaçıları və onlara qoşulan bir pərəstişkar qız birlikdə Britaniya Kolumbiyasının vəhşi təbiətinin dərinliklərinə kanoe ilə üzürlər.
Meşənin ortasında maddələri qəbul edən səyahətçilər qısa müddət sonra qəribə səslər eşitməyə və ətrafda qorxunc hadisələrlə qarşılaşmağa başlayırlar. Qrup üzvləri hiss edirlər ki, meşədə baş verən bu sirli hadisələr təkcə onların gördüyü hallüsinasiyalar olmaya bilər.
2019-cu il istehsalı olan "Archons" elmi-fantastika və qorxu filminin rejissoru Nik Şostakivskidir. Kanada istehsalı layihədə baş rolları Coş Kollinz, Rob Rako, Samanta Karli və Parmiss Sehat canlandırıblar.
«Arxontlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 oktyabr 2018
- Ölkə
- Kanada
- Rejissor
- Nik Şostakivski
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın