
(Qeyri)mükəmməl robotlar
Çarlz qadınların qəlbini ovlamağı sevir, Eleyn isə imkanlı kişilərin hesabına varlanmağı hədəfləyir. Hər ikisi öz işlərini asanlaşdırmaq məqsədilə qanunsuz yolla zahirən onlara tam bənzəyən robot-dublyorlar əldə edirlər. Həmin süni nüsxələr sahiblərinin əvəzinə ilkin görüşlərə gedir və tərəfdaşları yoldan çıxarır.
İki fırıldaqçının yolları kəsişdikdə qurulmuş plan qəfil pozulur. Çarlz arzuladığı gecəni, Eleyn isə pulu əldə etməyə hazırlaşdığı anda robotlar bir-birinə aşiq olaraq qaçmaq qərarına gəlirlər. Qanunsuz texnologiyadan istifadə etdiklərinə görə həbs olunmaq istəməyən gənclər məcburən güclərini birləşdirir və qaçqın maşınların izinə düşürlər.
2023-cü il istehsalı olan «(Qeyri)mükəmməl robotlar» fantastik komediyasını rejissorlar Kasper Kristensen və Entoni Hayns ərsəyə gətiriblər. ABŞ və Almaniya birgə istehsalı olan bu filmdə baş rolları Şeylin Vudli və Cek Uaytholl canlandırırlar.
«(Qeyri)mükəmməl robotlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 aprel 2023
- Rejissor
- Kasper Kristensen, Entoni Hayns
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Dublyaj, Orijinal, Paragraph Media
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın