
The Last Kiss
Məktəb ekskursiyası zamanı körpünün uçması şagirdlərin həyatını təhlükəyə atır. Bu qəzadan sağ çıxan Laurel Hansen sevdiyi oğlanı ilk dəfə öpür, lakin çox keçmədən gənc faciəvi şəkildə həyatını itirir.
«The Last Kiss» filminin qəhrəmanı bu hadisədən sonra qeyri-adi bir qarğışa tuş gəldiyini anlayır. O, kimisə hər öpdükdə həmin insanın necə öləcəyini qabaqcadan görür. Növbəti baxışında isə sevdiyi şəxsin dostlarını hədəfə alan qatil tərəfindən öldürüləcəyi bəlli olur. Laurel yaxınlarını gözləyən bu acı taledən xilas etmək və cinayətkarı dayandırmaq üçün hərəkətə keçir.
2026-cı il istehsalı olan ABŞ triller və qorxu filminin rejissorları Yoko Okumura və Allie Sweetingdir. Əsas rolları Samantha Espie, Arkira Chantaratananond, Kenver Fetalco və Kate Drummond canlandırıb.
«The Last Kiss» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın