
Apocalypse Clown
Bəşəriyyət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda şəhərləri xaos və saysız-hesabsız nöqsanlar bürüyür. Adi vətəndaşlar son nəfəsdə bütün qaydaları unudaraq nəfslərinə təslim olurlar. İnsanlığın nicat tapması üçün köməyə əsl qəhrəmanların gəlməsi zərurətə çevrilir.
Lakin xilaskar rolunu hamının gözlədiyi şəxslər deyil, analarından başqa heç kəsin tanımadığı dörd dəlisov təlxək öz üzərinə götürür. Heç kim onlardan imdad istəməsə də, bu qəribə dördlük dünyanı qurtarmaq məqsədilə sonuncu qastrol səfərinə çıxmağı qərara alır.
İrlandiya istehsalı olan «Apocalypse Clown» adlı fantastik komediya filmi Corc Keyn tərəfindən çəkilib. 2023-cü ildə nümayiş olunan layihənin baş rollarında Huqo Devas, Cud Payl Linç, Emi De Brün və Devid Erl yer alıb.
«Apocalypse Clown» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- İrlandiya
- Rejissor
- George Kane
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Orijinal, Кураж-бамбей, Həvəskar çoxsəsli
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın