
Lənətlənmişlər kəndi
Sakit Midviç qəsəbəsinə gələn yadplanetlilər bütün yerli sakinləri qəfil və dərin yuxuya qərq edir. Bu qəribə hadisədən doqquz ay sonra bir neçə qadın eyni saatda zahirən bir-birinə çox bənzəyən uşaqlar dünyaya gətirir.
Böyüdükcə bu uşaqların solğun bənizi, platin saçları və kobalt rəngli qorxunc baxışları diqqət çəkir. Yaşıdlarından qat-qat ağıllı olsalar da, heç bir hiss və emosiya büruzə vermirlər. Fikir oxumaq və qeyri-adi psixi bacarıqlara sahib olmaq xüsusiyyəti ilə onlar öz valideynlərini qorxudur və qəsəbəyə fəlakət gətirirlər.
ABŞ istehsalı olan «Village of the Damned» adlı qorxu filmi 1995-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Con Karpenterdir, əsas rollarda isə Pippa Pirtri, Maykl Xelton, Meredit Selencer və Mark Hemill çəkiliblər.
«Lənətlənmişlər kəndi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1995
- Ölkə
- ABŞ
- Rejissor
- Con Karpenter
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, СТС
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın