
Görünməz adam
Vişnu Bombeyin kasıb məhəllələrindən birində valideynləri ilə birlikdə yaşayır və günlərini küçələrdə avaralanmaqla keçirir. O, varlı və gözəl qadın olan Mohiniyə aşiq olur. Lakin aralarındakı ictimai təbəqə fərqi və maddi çətinliklər gəncin ona yaxınlaşmasına imkan vermir. Üstəlik, Mohini artıq sevdiyi Samir adlı şəxslə evlənməyə hazırlaşır.
Bütün dünyaya qəzəblənən Vişnu Allaha yalvararaq onu görünməz etməsini istəyir. Çox keçmir ki, gənc dualarının eşidildiyini və gerçəkləşdiyini görüb böyük heyrət keçirir. Artıq başqalarının gözünə görünməyən Vişnu yeni imkanlar əldə edir və həyatı tamamilə fərqli istiqamət alır.
2004-cü ildə Hindistanda istehsal olunmuş «Gayab» adlı fantastik triller filminin rejissoru Pravaal Ramandır. Əsas obrazları Tuşar Kapur, Antara Mali, Raqhuvir Yadav və Rasika Coşi canlandırıblar.
«Görünməz adam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 iyul 2004
- Ölkə
- Hindistan
- Rejissor
- Pravaal Raman
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Zee TV
- Müddət
- 138 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın