
Tokio: Son müharibə
1945-ci ildə ABŞ qüvvələrinin hava hücumları nəticəsində Yaponiya şəhərləri dağıntılara məruz qalır. Hadisələrin gedişatını dəyişmək istəyən yerli hakimiyyət buddist rahib Kannami Koya müraciət edir. Rahib xüsusi mistik ayin vasitəsilə müttəfiq ölkələrin rəhbərlərini məhv etməyi planlaşdırır. Lakin dinc əhalinin fəlakətləri səbəbindən toplanan qaranlıq enerji güclü onmyoci Yasunori Katonu yenidən dirildir.
Tokionu yer üzündən silməyi qarşısına məqsəd qoyan Kato ayini pozmağa və müharibənin davam etməsinə çalışır. Paytaxtı tamamilə məhv etmək istəyən bu şeytani qüvvəni dayandırmaq üçün gənc və istedadlı medium Yuko Nakamura mübarizəyə cəlb edilir.
«Tokio: Son müharibə» adlı fantastik qorxu filmi 1989-cu ildə Yaponiyada istehsal olunub. Rejissor Takaşige İçisenin ekranlaşdırdığı layihədə Masaya Kato, Takeşi Kusaka, Brayan Ul və Kaho Minami rol alıb.
«Tokio: Son müharibə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 sentyabr 1989
- Ölkə
- Yaponiya
- Rejissor
- Takashige Ichise
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Sephiroth
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın