
Məhəbbət gücü
Ailələrinin evliliyə qarşı çıxması səbəbindən iki gənc birlikdə qaçmaq qərarına gəlir. Mağarada gizlənən aşiqlər xeyirxah sehrbaz ilanla qəddar cadugərin qarşıdurmasına şahidlik edirlər. Gənc oğlan ilana kömək etsə də, cadugərin lənətinə tuş gəlir: qız daş heykələ çevrilir, sevgilisi isə kədərə dözməyərək dünyasını dəyişir.
Aradan iyirmi il keçdikdən sonra həmin gənc rəssam cildində yenidən dünyaya gəlir. Həyata qayıdan sevgilisi isə yalnız onun yanında hərəkət edib danışa bilir, lakin keçmiş həyatları barədə sirri aça bilmir. Xeyirxah ilan bu sevgini qorumağa çalışsa da, qisas arxasınca düşən qaranlıq cadugər mübarizəni təzədən alovlandırır.
Rejissor Şibu Mitranın 1994-cü ildə çəkdiyi «Məhəbbət gücü» (Prem Shakti) adlı Hindistan filminin baş rollarında Qovinda, Karişma Kapur, Şakti Kapur və Raza Murad çəkiliblər.
«Məhəbbət gücü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 fevral 1994
- Ölkə
- Hindistan
- Rejissor
- Şibu Mitra
- Keyfiyyət
- 480p
- Tərcümədə
- soso4eg
- Müddət
- 152 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın