
Gənc Herakl
Gənc yarıtanrı atası Zevsin rəğbətini qazanmaq istəyir. Bu məqsədlə o, qardaşı Aresin baş allahdan oğurladığı əşyanı tapmağa çalışır. Lakin dostu İolayın səhvi ucbatından tapdığı şeyi yenidən itirən qəhrəman ruhdan düşür. Anası Alkmena vəziyyəti düzəltmək üçün oğlunu kentavr Xironun döyüşçülər məktəbinə göndərir.
Həmin məktəbə İolay da daxil olur və dostlar orada Korinf taxt-tacının varisi Yason ilə qarşılaşırlar. Yason atasının xəstələndiyini öyrənir və Herakl padşahı xilas edə biləcək Qızıl dərinin ardınca getməyi təklif edir. Lakin müharibə tanrısı Ares onların bu təhlükəli planına mane olmağa çalışır.
«Gənc Herakl» macəra və fentezi filmi 1998-ci ildə ABŞ-da istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru T.C. Skottdur. Əsas rolları İen Boen, Din O’Qorman, Kris Konrad və Cona Stüart-Bouden canlandırıblar.
«Gənc Herakl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 avqust 1998
- Ölkə
- ABŞ
- Rejissor
- T.C. Skott
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın