
Vampirella
Üç min il əvvəl Drakulon planetində yaşayan varlıqlar qan çayları ilə dinc şəkildə qidalanırdılar. Lakin aralarında güc qazanmaq naminə öz həmcinslərinin qanını içən canilər də vardı. Ən qəddar xain olan Vlad planetin ağsaqqalını qətlə yetirərək üç şəriki ilə birgə Yer kürəsinə qaçır.
Öldürülən rəhbərin ögey qızı Ella intiqam almaq üçün onların ardınca kosmosa yola düşür. Müasir Amerikaya gəlib çıxan yadplanetli qız Van Helsinq nəslindən olan Adam adlı gənclə müttəfiq olur. İnsanların Vampirella adlandırdığı Ella, dəhşətli vampirlərlə mübarizə aparan «Təmizlənmə» dəstəsinin rəhbəri Adamla birlikdə düşmənlərinin izinə düşür.
1996-cı ildə ABŞ-da istehsal edilmiş bu fantastik qorxu filminin rejissoru Cim Uaynorskidir. Ekran əsərində əsas obrazları Talisa Soto, Rocer Doltri, Riçard Cozef Pol və Brayan Blum canlandırıblar.
«Vampirella» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 sentyabr 1996
- Ölkə
- ABŞ
- Rejissor
- Cim Vaynorski
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın