
Seperti Hujan yang Jatuh ke Bumi
Kevin və Nara uşaqlıq illərindən bir yerdə böyüyüblər və hər zaman ən yaxın dost qalacaqlarına söz veriblər. Yaşa dolduqca gənc oğlan rəfiqəsinə qarşı qəlbində romantik hisslər bəsləməyə başlayır. Lakin illərlə qurduqları möhkəm dostluğa xələl gətirməmək üçün sevgisini gizli saxlayır.
Nara isə onu sadəcə ən etibarlı sirdaşı sayır və şəxsi həyatındakı bütün dərdlərini onunla bölüşür. Günlərin birində qızın həyatına Cunad adlı sirli bir gənc daxil olur və Nara ona aşiq olur. Kevin öz gizli hissləri ilə vaxtilə verdiyi dostluq andı arasında qalır.
İndoneziya istehsalı olan «Seperti Hujan yang Jatuh ke Bumi» filmi 2020-ci ildə rejissor Lasja Fauzia tərəfindən çəkilib. Romantik dram janrındakı ekran əsərində baş rolları Cefri Nikol, Avrora Ribero, Axel Matthew Thomas və Nadya Arina canlandırıb.
«Seperti Hujan yang Jatuh ke Bumi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 oktyabr 2020
- Ölkə
- İndoneziya
- Rejissor
- Lasja Fauzia
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın