
Pişiyin kölgəsi
Gənc Emma müasir texnologiyalardan və rabitədən uzaq olan gözdən iraq bir fermada böyüyür. Onun yanında yalnız Qato ləqəbli atası və onun dostu Sombra var. Şəhər karnavalı zamanı qızın təsadüfən tapdığı mobil telefonla çəkdiyi video qısa müddətdə internetə düşür və hər şeyi alt-üst edir.
Bu görüntüləri görən yad insanlar qızla əlaqə saxlayaraq onun anasının nümayəndələri olduqlarını bildirirlər. Halbuki atası illərdir anasının öldüyünü və ya ailəni tərk etdiyini deyirdi. Atasının yalan danışdığını düşünən Emma varlı ailənin yanına qaçır. Lakin Qato qızının vaxtilə özünün qaçdığı təhlükəli təriqətin əlinə düşdüyünü başa düşür və Sombra ilə birlikdə axtarışa çıxır.
Argentina istehsalı olan «La Sombra Del Gato» macəra və fentezi filminin rejissoru Xose Mariya Sikala olub. 2021-ci ildə təqdim edilən ekran əsərində baş rolları Meyti Lanata, Qilyermo Zapata, Denni Trexo və Monika Antonopulos canlandırıb.
«Pişiyin kölgəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 avqust 2021
- Ölkə
- Argentina
- Rejissor
- Xose Mariya Sikala
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın