
Qaraderili Kahin
2049-cu ilin antiutopik gələcəyində Toronto şəhərinin ən yoxsul təbəqəsi materikdən tamamilə təcrid olunaraq sahilboyu adada yaşamaq məcburiyyətində qalır. Bu qapalı icmada həyat sürən on doqquz yaşlı Ti-Can nənəsi tərəfindən gələcəyin kahini kimi yetişdirilir.
Lakin gənc qız bu yolu seçmək istəmir, çünki qədim ruhların bədənə daxil olması vaxtilə onun anasının ölümünə səbəb olmuşdu. Adanın sakinləri ölümcül bir təhlükə ilə üzləşdikdə isə Ti-Can xalqını xilas etmək naminə qorxulu ayindən keçməyə və Karib folklorunun ruhlarını oyatmağa məcbur olur.
Kanada istehsalı olan «Brown Girl Begins» fantastika və fentezi filmi 2017-ci ildə işıq üzü görüb. Rejissor Şeron M. Lüisin lentə aldığı ekran əsərində baş rolları Mona Traore, Naycel Şoun Uilyams, Şakura S'Aida və Emmanuel Kabonqo canlandırır.
«Qaraderili Kahin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 sentyabr 2017
- Ölkə
- Kanada
- Rejissor
- Şeron M. Lüis
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 70 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın