Made in Heaven
Film2019Nigeriya116 dəq.720p

Made in Heaven

Made in Heaven

Sevgilisinin ən yaxın dostu ilə xəyanət etdiyini öyrənən utancaq Riçard kədərini unutmaq üçün getdiyi məkanda oxşar xəyanətlə üzləşən Ancela ilə tanış olur. Lakin həmin gecə baş verən bədbəxt hadisə hər ikisinin həyatına son qoyur. O dünyada haqq-hesab qapısında növbə gözləyərkən məlum olur ki, Ancelaya yenidən sağ qalmaq və yer üzünə qayıtmaq şansı verilir.

Ancelanın onun əsl taleyi olduğuna inanan Riçard sevdiyi qadının arxasınca axirət aləmindən qaçaraq Yerə qayıdır. Həm qoruyucu mələk, həm də demonlar onun bu addımına mane olmaq üçün tapşırıq alırlar. Qızın sevgisini qazanmaq üçün Riçardın cəmi yeddi gün vaxtı var, əks halda ruhu əbədi lənətə düçar olacaq.

2019-cu ildə çəkilən «Made in Heaven» adlı Nigeriya istehsalı fentezi-dram filminin rejissoru Toka McBarordur. Əsas obrazları Toyin Abraham, Lasisi Elenu, Nancy Isime və Jay Franklyn Jituboh canlandırıblar.

İzlə

«Made in Heaven» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
15 sentyabr 2019
Ölkə
Nigeriya
Rejissor
Toka McBaror
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası
Müddət
116 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın