
Üç qurman kaydzyu
Vaxtilə orqanizmlərin sürətli böyüməsi üçün «Setap Z» adlı zərdab hazırlamış keçmiş tədqiqatçı Yuta Tanuma elmi fəaliyyətini dayandıraraq valideynlərinin suşi restoranında çalışmağa başlayır. O, Namiyoke məbədinə sovqat kimi krab, kalmar və səkkizayaq apararkən velosipeddən yıxılır və apardığı bütün dəniz məhsulları müəmmalı şəkildə yoxa çıxır.
Çox keçmədən Tokio küçələrində inanılmaz dərəcədə böyümüş nəhəng kalmar və səkkizayaq peyda olaraq şəhəri dağıtmağa və bir-biri ilə vuruşmağa başlayır. Qəfil yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə ölkə rəhbərliyi kaydzyu dəniz məhsulları ilə mübarizə aparan xüsusi SMAT dəstəsi təsis edir və Yutanı da bu komandaya cəlb edir.
«San dai kaiju gurume» adlı fantastik komediya filmi 2020-ci ildə Yaponiyada rejissor Minoru Kavasaki tərəfindən lentə alınıb. Baş rolları Yuya Asato, Ayano Yoshida Christie, Hide Fukumoto və Kei Grant canlandırıblar.
«Üç qurman kaydzyu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 may 2020
- Ölkə
- Yaponiya
- Rejissor
- Minoru Kawasaki
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın