
Plagiator
Otuz yaşlı Yeqor dolanışığını karaoke klubunda qonaqlara züy tutmaqla təmin edir. O isə müəllif mahnılarını ifa etməyi və varlı atasının etirazlarına baxmayaraq, sevgilisi Yuliya ilə xoşbəxt ailə qurmağı arzulayır. Günlərin birində Yeqor öz qarderob şkafında 1991-ci ilə açılan qapı aşkar edir.
Keçmiş zamana düşən qəhrəman gələcəyin məşhur musiqi hitlərini öz adına çıxararaq səhnədə oxumağa başlayır. Şöhrət, böyük qonorarlar və yeni imkanlar gəncin həyatını tamamilə dəyişir. Yeqor gələcəyini təmin etmək üçün planlar qursa da, keçmişdə atılan hər bir addım sabahın reallığında gözlənilməz fəsadlar yaradır.
«Plagiator» adlı musiqili fantastik komediya filminin rejissoru Anton Meqerdiçevdir. 2025-ci il Rusiya istehsalı olan bu ekran əsərində baş rolları Roman Yevdokimov, Stasya Miloslavskaya, Aqlaya Şilovskaya və Maksim Laqaşkin canlandırıblar.
«Plagiator» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 iyul 2025
- Ölkə
- Rusiya
- Rejissor
- Anton Meqerdiçev
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur, Оригинал
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 126 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın