
Cəhənnəm telefonu
On yeddi yaşlı Sid yalnız skeytbord sürməklə maraqlanırdı, lakin siniflərinə Anje adlı yeni qız gəldikdən sonra hər şey dəyişir. Qıza vurulan Sid özünü tam bir uğursuz hesab etdiyi üçün onun qəlbini fəth etməyə ümid bəsləmir. O, şəhərin kənarındakı yoxsul məhəllədə yaşayır, ucuz yeməkxanada ofisiant işləyir, cibində pulu yoxdur və ən əsası, hətta mobil telefonu da çatışmır.
Sidin əlinə təsadüfən qeyri-adi bir cib telefonu keçdikdə gəncin həyatı tamam başqa istiqamət alır. Sehrli çıraq kimi fəaliyyət göstərən bu qəribə cihaz onun hər bir arzusunu dərhal yerinə yetirir. İstədiyi hər şeyi əldə edən Sid tədricən baş verənlər üzərində nəzarəti itirməyə başlayır və hadisələr təhlükəli macəralarla nəticələnir.
«Hellphone» adlı Fransa istehsalı olan qorxu və komediya filmini rejissor Ceyms Yut ərsəyə gətirib. 2007-ci il ekran işində əsas rolları Cennifer Deker, Marten Potar, Vladimir Kosinyi və Jüdit Şemla canlandırıblar.
«Cəhənnəm telefonu» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın