
Gözəl təsadüf
Karyerasında uğur qazanmış tənha qadın vəkil böyük mənzilində sərbəst yaşayır, ailə qurmaq barədə qətiyyən düşünmürdü. Lakin qəfil avtomobil qəzası onun həyatına son qoyur. Ölümündən sonra o biri dünyadakı xüsusi idarəyə düşən qadın burada gözlənilməz bir vəziyyətlə qarşılaşır.
Sənədlərdə səhv baş verdiyi üçün onun canı vaxtından əvvəl alınıb. Əvvəlki müstəqil günlərinə geri qayıtmaq üçün qəhrəman məcburi bir şərtlə razılaşmalıdır: o, iki uşaq böyüdən adi bir evdar qadının bədəninə köçərək müəyyən müddət ailə qayğıları ilə yaşamalıdır.
«Mei hao de yi wai» adlı bu fantastik komediya filmini rejissor Ho Vi-Din lentə alıb. 2017-ci il Çin istehsalı olan melodram janrlı ekran əsərində rolları Pei-An Lo, Peggi Tsen, Chia-Le Yen və Yen-chuang Chen canlandırıb.
«Gözəl təsadüf» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın