
Meduza
İyirmi bir yaşlı Mariana cəmiyyətin qadınlara diktə etdiyi qüsursuzluq qaydalarına ciddi şəkildə əməl etməyə çalışır. O və rəfiqələri günahlardan uzaq durmaqla kifayətlənmir, həm də ətrafdakı digər qadınların davranışlarına nəzarət etmək qərarına gəlirlər.
Gecələr maska taxaraq şəhərə çıxan bu qızlar qaydaları pozduğunu düşündükləri qadınları təqib edir və onları amansızcasına cəzalandırırlar. Əxlaq keşikçiliyi adı altında törədilən zorakılıq davam etdikcə, onların öz daxilində boğduqları qəzəb və qışqırmaq istəyi qarşısıalınmaz həddə çatır.
«Meduza» adlı Braziliya istehsalı qorxu filmi rejissor Anita Roşa da Silveyra tərəfindən 2021-ci ildə çəkilib. Ekran əsərinin əsas rollarını Mari Oliveyra, Lara Tremuru, Coana Mederoys və Felipe Frazao canlandırıblar.
«Meduza» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 iyul 2021
- Ölkə
- Braziliya
- Rejissor
- Anita Roşa da Silveyra
- Keyfiyyət
- 720p
- Tərcümədə
- TVShows
- Müddət
- 127 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın