
Qaratoxmaq qadın
Zabit Herman uduzmaq qorxusundan qumar masasından hər zaman uzaq durur. Bir gün yoldaşlarından biri qoca qrafinya Ranevskayanın qələbə gətirən üç gizli kartın sirrinə bələd olduğunu danışır. Bu sirri öyrənmək arzusuna düşən zabit qrafinyanın qohumu Liza ilə yaxınlaşır, qızın sevgisini qazanır və evin açarını ələ keçirir.
Gecə vaxtı gizlicə qrafinyanın otağına daxil olan Herman qadından sirri tələb edir, lakin qoca qorxudan həyatını itirir. Çox keçmədən ölən qrafinyanın ruhu ona görünərək üçlük, yeddilik və tuzu nişan verir. Bütün var-dövlətini oyuna qoyan Herman ilk iki gedişdə udsada, sonda tuz əvəzinə qaratoxmaq qadını çəkir və ağlını itirir.
«Qaratoxmaq qadın» filmi 1949-cu ildə Böyük Britaniyada rejissor Torold Dikinson tərəfindən çəkilib. Fantastika, drama və qorxu janrlarını birləşdirən lentdə əsas obrazları Anton Uolbruk, Edit Evans, Ivonn Mitçell və Ronald Hovard canlandırıb.
«Qaratoxmaq qadın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 mart 1949
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Torold Dikinson
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın