
Güllərin qisası
Dövlət imtahanlarını uğurla verib vəzifə qazanan Çan Zaitian yeddi illik fasilədən sonra doğma Luczü kəndinə dönür. Gənc məmur evə çatdıqda acı həqiqətlə üzləşir: sevgilisi Tsao Yu və onun bütün ailəsi paytaxta yola düşdükdən az sonra dağ quldurları tərəfindən qətlə yetirilib.
Tsao ailəsinin kimsəsiz malikanəsində gecələyən Çan Zaitian burada A Yu adlı sirli qızla qarşılaşır. Qəribə olan odur ki, bu qız həlak olmuş nişanlısının sanki birəbir eynisidir. Elə həmin vaxt kənddə müəmmalı hadisələr baş qaldırır və yerli daos cadugəri yaşayış yerinin lənətləndiyini, ətrafa iblislərin yayıldığını bildirir.
2021-ci il istehsalı olan «Qi Hua Ji» («Güllərin qisası») adlı Çin fentezi filminin rejissoru Wang Tao Taodur. Ekran işində əsas rolları Mao Zi Jun, Xu Mu Chan və Wu Pei Rou canlandırıblar.
«Güllərin qisası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Ölkə
- Çin
- Rejissor
- Wang Tao Tao
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- FSG Phoenixes.Subtitles, Phoenixes
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın