
Gözəl və bədheybət
Kino layihəsinə qoyduğu vəsaiti itirən Yuan Şuay ağır borc yükü altında qalır. Bu hadisədən sonra atası ruhi xəstəxanaya düşür, gəncin özü isə zooparkda fillərin arxasınca təmizlik işlərinə baxmağa başlayır. Borclardan çıxış yolunu varlı bir xanımla evlənməkdə görən Yuan ardıcıl olaraq kor-təbii görüşlərə gedir.
Günlərin birində onun qarşısına qeyri-adi bir qız çıxır və özünün əslində tülkü olduğunu iddia edir. Məlum olur ki, Yuan uşaq yaşlarında balaca bir tülkünü xuliqanların əlindən xilas edibmiş. İllər sonra xilaskarını tapan həmin qəribə qız indi mütləq onunla ailə qurmaq niyyətindədir.
«Er dai yao qing» adlı fantastik komediya filmi 2017-ci ildə Çində istehsal olunub. Ekran əsərinin rejissoru Syao Yandır. Baş rolları aktyorlar Fen Şaofen, Lyu İfey, Qo Tszinfey və Li Quantsze canlandırıblar.
«Gözəl və bədheybət» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın