
Bogan
Polis əməkdaşı Vikram uzun müddətdir Aditya adlı təhlükəli cinayətkarın izinə düşüb. Asayiş keşikçisi rəqibinin digər insanların bədəninə ruhən daxil olmaq kimi fövqəltəbii bacarığının olduğunu bilmir. Tələyə düşdüyünü anlayan cinayətkar son anda bu qabiliyyətindən istifadə edərək polisin bədənini ələ keçirir.
Beləliklə, Aditya Vikramın ailəsini, vəzifəsini və gələcəyini mənimsəyir. Vikram isə qəfildən düşməninin bədənində, dəmir barmaqlıqlar arxasında ayılır. Qanun keşiyində duran qəhrəman həqiqəti sübut etmək və ədaləti bərpa etmək üçün həbsdən qaçmalı olur.
2017-ci ildə Hindistanda istehsal olunmuş «Bogan» fantastik döyüş filminin rejissoru Lakşmandır. Baş rollarda Jayam Ravi, Arvind Swami, Hansika Motwani və Nassar çəkiliblər.
«Bogan» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın