
Səmadakı daxma
«Cabin in the Sky» musiqili filmi qumar həvəskarı olan və qadınlara meyil salan Litl Co adlı bir nəfərdən bəhs edir. Həyat yoldaşı Pitunya ərinin bu pis vərdişlərdən əl çəkməsi, tövbə edib iş tapması üçün hər gün Allaha dua edir. Nəhayət Co kilsəyə getsə də, son anda fikrini dəyişir və borclarını qaytarmaq bəhanəsilə dostları ilə birlikdə qumarxanaya yollanır. Orada hiyləgərlikdə şübhəli bilinən Co tapançadan açılan atəşlə ağır yaralanır.
Ölüm ayağında olan Conun yanına onun ruhunu cəhənnəmə aparmaq üçün Kiçik Lüsifer gəlir, lakin Pitunyanın duaları sayəsində mələklər də köməyə çatır. Qüvvələr arasındakı mübahisəyə Tanrının qərarı son qoyur: Coya düzəlməsi üçün yer üzündə daha altı ay möhlət verilir. Əsas şərt isə bu görüşü heç cür xatırlamamasıdır. Bu müddət ərzində əməllərini təmizləyə bilsə cənnətə gedəcək, bacarmasa ruhu həmişəlik şeytana qalacaqdır.
1943-cü il istehsalı olan bu ABŞ filminin rejissorları Vinsent Minnelli və Basbi Berklidir. Əsas obrazları Etel Uoters, Eddi 'Roçester' Anderson, Lena Horn və Luis Armstronq canlandırıblar.
«Səmadakı daxma» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 mart 1943
- Ölkə
- ABŞ
- Rejissor
- Vinsent Minnelli, Basbi Berkli
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın