
Kamen Rider × Super Sentai × Kosmik Şerif: Super Qəhrəman Taisen Z
Mado adlı cinayətkar sindikat dağıdıcı sehrli fəlakətlər törədərək dünyanı ələ keçirməyə çalışır. Bədxahlar bu məqsədlə Şoker adlı gizli təşkilatın keçmiş döyüşçülərini — İkadevil, Hörümçək-adam və Kölgə Ayı yenidən həyata qaytarırlar. Baş verən dağıntılarda sehrbazları təqsirkar bilən Qalaktika Polisi isə Kosmik Şeriflər Qavan və Şarivana Vizard ilə Bisti zərərsizləşdirməyi tapşırır.
Qəhrəmanlar arasında anlaşılmazlıq yarandığı bir vaxtda Qou-Baster dəstəsinin üzvü Yoko Saykoron adlı kiçik bir robot tapır. Çox keçmədən məlum olur ki, bu balaca mexanizm bədxahların qurduğu məkrli planda həlledici rol oynayır.
Yaponiya istehsalı olan «Kamen Raidâ × Sûpâ Sentai × Uchû Keiji: Supâ Hîrô Taisen Z» filmi 2013-cü ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Osamu Kanedadı, əsas rolları isə Yuma İşiqaki, Cunya İkeda, Arisa Komiya və Şunya Şiraişi canlandırıblar.
«Kamen Rider × Super Sentai × Kosmik Şerif: Super Qəhrəman Taisen Z» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 aprel 2013
- Ölkə
- Yaponiya
- Rejissor
- Osamu Kaneda
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Persona99
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın