
Bəm, insan-demon
Qeyri-adi varlıqlar olan Bəm, Bera və Bero yeni bir şəhərə gəlirlər. Həmin ərəfədə bu yaşayış məntəqəsində ard-arda sirli və açılmayan hadisələr baş verir. Burada yerli bir qızla tanış olan Bero ona aşiq olur və onun insan olmaq arzusu daha da güclənir.
Tezliklə Bəm və Bera insan cildinə bürünməyin yolunu tapırlar, lakin bu şansdan yalnız Beronun, yoxsa hər üçünün yararlanması barədə qərarsız qalırlar. Eyni zamanda onlar şəhərdəki müəmmaların arxasında dayanan qüvvəni aşkar edirlər. Məlum olur ki, bütün bunların səbəbkarı əvvəllər rastlaşdıqları hər kəsdən qat-qat güclü olan başqa bir bədheybətdir.
«Bəm, insan-demon» (Youkai ningen Bemu) 2012-ci ildə Yaponiyada istehsal olunmuş detektiv, fentezi və triller janrlı filmdir. Ekran əsərinin quruluşçu rejissoru Şunsuke Kariyama, baş rol ifaçıları isə Kazuya Kamenaşi, Anne Vatanabe, Fuku Suzuki və Akira Emotodur.
«Bəm, insan-demon» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 dekabr 2012
- Ölkə
- Yaponiya
- Rejissor
- Syunsuke Kariyama
- Keyfiyyət
- 480p
- Tərcümədə
- STEPonee
- Müddət
- 124 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın