
İkiqat baxış
Məhkəmə-tibbi ekspertləri ard-arda baş verən müəmmalı ölümlərin səbəbini anlaya bilmir. Şəxsi kabinetində varlı iş adamının boğulmuş meyiti aşkarlanır. Çox keçmədən yanğın izi olmadan bir məmurun məşuqəsi alovdan tələf olur, qanunsuz silah ticarəti ilə məşğul olan keşiş isə gözlənilmədən qanitirmədən ölür.
Bu sirli cinayətləri aydınlaşdırmaq üçün Tayvan polisi Xuan və FTB agenti Kevin Rixter birlikdə çalışmağa başlayır. Həqiqəti tapmağa çalışan tərəfdaşlar kriminal aləmin dərinliklərinə enir və araşdırma zamanı qədim bir kultun izinə rast gəlirlər.
«İkiqat baxış» (Shuang tong) filmi 2002-ci ildə Tayvan və Honq Konq kinematoqrafçıları tərəfindən çəkilib. Quruluşçu rejissoru Çen Kofu olan bu ekran əsərində baş rolları Toni Lyun Ka-Fay, Devid Mors, Rene Lyu və Leon Day ifa ediblər.
«İkiqat baxış» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın