
Dörd lələk
Hadisələr 1884-cü ildə cərəyan edir. General ailəsində böyüyən gənc zabit Harri Fəverşem uğurlu karyeraya, sadiq dostlara və sevdiyi qadına sahibdir. Lakin Britaniya ordusunun Sudana göndərilməsi ərəfəsində o, gözlənilmədən xidmətdən istefa vermək qərarına gəlir.
Yaxınları və silah yoldaşları bu addımı qorxaqlıq kimi qiymətləndirirlər. Sevdiyi insanlardan rüsvayçılıq rəmzi olan dörd lələk alan Harri hər şeyini itirir. İtirilmiş şərəfini bərpa etmək istəyən gənc zabit gizli şəkildə Afrika qitəsinə yollanır.
2002-ci ildə ABŞ və Böyük Britaniyanın birgə istehsalı ilə çəkilmiş «Dörd lələk» (The Four Feathers) filminin rejissoru Şekhar Kapurdur. Hərbi dram janrındakı ekran əsərində baş rolları Hit Ledcer, Keyt Hadson, Ues Bentli və Cimon Honsu canlandırıblar.
«Dörd lələk» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 sentyabr 2002
- Ölkə
- ABŞ, Böyük Britaniya
- Rejissor
- Şekhar Kapur
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 125 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın