
Salas u Malom Ritu
Müharibə Voyevodinanın sakit kəndlərindən birinə qədər gəlib çatır. Kənd sakinlərini girov götürən işğalçıların əlinə azyaşlı Milanın doğmaları da düşür. Baş verənlərlə barışmaq istəməyən Milan qisas almaq məqsədilə düşmənin taxıl ehtiyatını yandırır.
Hadisəni araşdırmaq üçün kəndə göndərilən təcrübəli gestapo zabiti bu təxribatın arxasında Milan və Vaşonun başçılıq etdiyi uşaqların durduğunu ağlına belə gətirmir. Bütün kənd kişilərini həbs edən zabit təqsirkar tapılana qədər hər gün bir nəfəri güllələyəcəyini bildirir. Girovları xilas etmək istəyən uşaqlar partizanlarla əlaqə qurmağa məcbur qalırlar.
«Salas u Malom Ritu» hərbi dram filmi 1976-cı ildə Yuqoslaviyada rejissor Branko Bauer tərəfindən ekranlaşdırılıb. Əsas rolları Slavko Ştimats, Miodraq Radovanoviç, Pavle Vuyisiç və Renata Ulmanski canlandırıb.
«Salas u Malom Ritu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 fevral 1976
- Ölkə
- Yuqoslaviya
- Rejissor
- Branko Bauer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası, Рутилов
- Müddət
- 126 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın