
Qanlı imperatriça
Gənc alman şahzadəsi Sofiya nikah məqsədilə Rusiyaya gəlir. İmperatriça Yelizaveta Petrovna sülalənin qanını yaxşılaşdırmaq ümidi ilə onu kəmağıl qardaşı oğlu Pyotr ilə evləndirmək qərarına gəlir. Lakin bu izdivac şahzadəyə heç bir xoşbəxtlik və sevgi gətirmir.
Ərinə qarşı heç bir hissi olmayan qadın zamanla bu ölkəyə bağlanır və rus əsgərlərinə xüsusi rəğbət bəsləyir. Mövcud hökmdarın vəfatından sonra Sofiya hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi hazırlayır. Ona sadiq olan Orlov qardaşlarının köməyi ilə ərini taxtdan salaraq Yekaterina adı ilə Rusiyanın təkbaşına hakiminə çevrilir.
1934-cü ildə ABŞ-da istehsal olunmuş «Qanlı imperatriça» tarixi dram filminin rejissoru Cozef fon Şternberqdir. Əsas obrazları Marlen Ditrix, Con Loc, Sem Caffe və Luiza Dresser canlandırıblar.
«Qanlı imperatriça» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 may 1934
- Ölkə
- ABŞ
- Rejissor
- Cozef fon Şternberq
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 104 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın