
Qırmızı mələk
Hadisələr 1939-cu ildə cərəyan edir. Tibb bacısı Sakura Nisi Çində yerləşən yapon hərbi hospitalına göndərilir. O, çoxsaylı amputasiyalar aparmış təcrübəli cərrah Okabeyə kömək etməlidir. Yaralılarla dolu palatalarda hər gün xidmət edən gənc qadın əsgərlərin acı taleyinə dərin hüznlə yanaşır. Onun bu şəfqəti hər iki qolunu itirmiş və evinə qayıtmaqdan ümidini kəsmiş bir əsgərlə yaxınlıq etməsinə qədər çatır.
Zaman keçdikcə Sakurada doktor Okabeyə qarşı sevgi hissləri oyanır. Həkimin uzun müddət morfi aludəçisi olması və buna görə cinsi zəiflikdən əziyyət çəkməsi qadını yolundan döndərmir və o, cərrahın arxasınca birbaşa cəbhə xəttinə yollanır.
1966-cı ildə ekranlara çıxan «Qırmızı mələk» adlı hərbi dram filminin rejissoru Yasuzo Masumuradır. Yapon kinematoqrafının bu tarixi əsərində baş rolları Ayako Vakao, Şinsuke Aşida, Yusuke Kavazu və Ranko Akaqi ifa ediblər.
«Qırmızı mələk» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 1966
- Ölkə
- Yaponiya
- Rejissor
- Yasuzo Masumura
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Воротилин, liosaa
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın