
Üçqat yoxlama
Hadisələr 1943-cü ildə Leninqrad cəbhəsində cərəyan edir. Ağır yaralanan sovet zabiti Klimov huşsuz vəziyyətdə düşmənə əsir düşür. İşğalçılara qarşı mübarizəni davam etdirmək üçün o, Latviya ərazisində yerləşən alman kəşfiyyat məktəbinə daxil olur. Tədricən abver rəhbərliyinin və məktəb komandanlığının etimadını qazanmağı bacarır.
Hazırlıq mərhələsini bitirdikdən sonra Klimovu tapşırıqla sovet arxasına göndərirlər. Doğma torpağa ayaq basan zabit dərhal dövlət təhlükəsizlik orqanlarına müraciət edir. Ciddi yoxlamalardan uğurla keçdikdən sonra ona düşmən tərəfini çaşdırmaq və dezinformasiya ötürmək tapşırığı verilir.
«Üçqat yoxlama» hərbi filmi 1970-ci ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Aloiz Brençdir. Baş rolları İqor Ledoqorov, Qurgen Tonunts, Viktor Çekmaryov və Valentina Yeqorenkova canlandırıblar.
«Üçqat yoxlama» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 iyun 1970
- Ölkə
- SSRİ
- Rejissor
- Aloiz Brenç
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın