
Süvarilər
Hadisələr 1918-ci ildə, Ukrayna torpaqlarında alman işğalçılarına və millətçi qüvvələrə qarşı xalq müqavimətinin aparıldığı dövrdə cərəyan edir. Düşmən artilleriyası kəndli Yakim Nedolyanın doğma kəndini yerlə-yeksan edir. Ev-eşiyini itirən kəndli qisas alacağına and içərək partizan dəstəsinin rəhbərinə çevrilir.
Nedolyanın başçılıq etdiyi döyüşçülər əfsanəvi komandir Çubenkonun Donetskdən olan qüvvələri ilə birləşirlər. Atlı partizanlar işğalçıların nizami qoşunlarına qarşı hücuma keçərək onlara qalib gəlir və əraziyə yetişən Qırmızı Ordu ilə birgə Sovet Ukraynası uğrunda döyüşlərə qatılırlar.
"Süvarilər" tarixi hərbi dram filmi 1939-cu ildə SSRİ-də lentə alınıb. İqor Savçenkonun rejissorluq etdiyi ekran əsərində əsas rolları Lev Sverdlin, Pyotr Masoxa, Viktor Arkasov və Vladimir Osvetsimski canlandırıblar.
«Süvarilər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 iyul 1939
- Ölkə
- SSRİ
- Rejissor
- İqor Savçenko
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın