
Kəffarə
1946-cı ilin ərəfəsində cənub şəhərinin sakinləri aclıq və dağıntılar içində yaşamağa çalışırlar. Müharibə vaxtilə mehriban dolanan qonşuları bir-birinə qarşı qoyub. Həlak olmuş təyyarəçinin dul arvadı milis yeməkxanasından gizlicə yemək daşıyaraq on altı yaşlı qızını və evinə sığınan iki zəifləmiş adamı doyurmağa çalışır. Anasının bu hərəkətini qəbul etməyən qız ondan şikayət edir və qadın həbsxanaya düşür.
Həmin günlərdə xəstəxanadan qayıdan gənc zabit ailəsinin işğal zamanı qonşu tərəfindən öldürüldüyünü öyrənir. Qatilin artıq həbsdə cəza çəkdiyini bilən leytenant intiqam ala bilmədiyi üçün intihar etmək həddinə çatır. Onu bu qərardan yalnız qarşılıqlı hisslər və ona vurulmuş gənc qızın sevgisi xilas edir.
2011-ci ildə ekranlara çıxan «Kəffarə» filminin rejissoru Aleksandr Proşkindir. Rusiyada çəkilən hərbi dramda baş rolları Viktoriya Romanenko, Rinal Muxametov, Andrey Panin və Tatyana Yakovenko canlandırıblar.
«Kəffarə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 aprel 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Proşkin
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 123 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın