
Vesterplatte sirri
1939-cu ilin sentyabrında alman ordusu Vesterplatte yarımadasındakı Polşa qarnizonuna hücum edir. Cəmi 180 nəfərdən ibarət olan polşalı əsgərlər İkinci Dünya müharibəsinin ilk zərbəsini öz üzərilərinə götürürlər. Düşmənin böyük təzyiqinə baxmayaraq, müdafiəçilər təslim olmaq fikrində deyillər.
Bir ovuc hərbçiyə qarşı ağır artilleriya, bombardmançı təyyarələr və minlərlə hitlerçi vuruşur. Eyni zamanda «Şlezviq-Qolşteyn» xətt gəmisi də müdafiə istehkamlarını aramsız atəşə tutur. «Vesterplatte sirri» hərbi dram filmi polşalıların üstün düşmən qüvvələrinə qarşı göstərdiyi yeddi günlük müqavimətdən bəhs edir.
Ekran əsərinin rejissoru Pavel Xoxlevdir. Polşa və Litva istehsalı olan bu 2013-cü il tarixi filmində baş rolları Mixal Jebrovski, Robert Jolenzevski, Yan Enqlert və Pyotr Adamçik canlandırıblar.
«Vesterplatte sirri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 fevral 2013
- Rejissor
- Pavel Xoxlev
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Birsəsli kadrarxası, den904
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın