
Vətən ya ölüm
1942-ci ilin payızında cəbhəyanı zonada yerləşən dəmir yolunda qatar partladılır. Hərbi texnika və əsgərləri daşıyan sovet eşelonunun qəzaya uğramasından dərhal sonra NKVD və hərbi əks-kəşfiyyat əməkdaşları axtarışa başlayırlar.
Təxribatı törədənlərin meşə və bataqlıqlardan keçərək gələn yeniyetmələr olduğu üzə çıxır. Faşistlər işğal olunmuş ərazidə təxliyyə edilməmiş uşaq evinin bazasında xüsusi düşərgə yaradıblar. Düşmən repressiya qurbanlarının yetim qalmış övladlarından kor-koranə alət kimi istifadə edəcəyini düşünsə də, bu plan tam istədikləri kimi baş tutmur.
«Vətən ya ölüm» (Rodina ili smert) macəra və müharibə filmi 2007-ci ildə Rusiya və Belarus kinematoqrafçılarının birgə istehsalı ilə çəkilib. Rejissoru Alla Krinitsına olan ekran əsərində baş rolları Yekaterina Rednikova, Fyodor Popov, Vladislav Vyujanin və Oksana Lesnaya canlandırıblar.
«Vətən ya ölüm» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 iyun 2007
- Rejissor
- Alla Krinitsına
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın