
Kill Cavalry
ABŞ Vətəndaş müharibəsinin son dövrlərində Şimal ordusunun generalı Cadson Kilpatrik düşünülməmiş hərbi addımları ilə tanınır. Onun verdiyi tələsik qərarlar şəxsi heyət arasında böyük itkilərə gətirib çıxardığı üçün ona süvarilərin qatili ləqəbini veriblər. Generalın əsas hədəfi isə konfederatların komandiri Cozef Uileri məhv etməkdir.
Kilpatrik rəqibini açıq döyüşə çəkmək məqsədilə Cənubi Karolinada yerləşən kiçik Barnuell şəhərciyini ələ keçirməyi planlaşdırır. Eyni zamanda düşmən qüvvələrinin yerini müəyyənləşdirmək və pusqu təşkil etmək üçün təcrübəli bir kəşfiyyatçı da xidmətə cəlb olunur.
2021-ci il istehsalı olan hərbi film «Kill Cavalry» rejissor Kristofer Forbs tərəfindən lentə alınıb. ABŞ istehsalı ekran əsərində baş rolları Cerri Çesser, Bred Ouens, Cezibell Anat və Cozef Zuxovski canlandırıblar.
«Kill Cavalry» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 yanvar 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Kristofer Forbes
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın