
Üçqat əks-səda
İkinci Dünya müharibəsi illərində əri yaponların əsirliyində olan Elis kənd təsərrüfatı işlərini təkbaşına idarə etmək məcburiyyətində qalır. Günlərin birində hərbi patrullardan gizlənən fərari Barton onun fermasına pənah gətirir. Təsərrüfatda kömək qarşılığında Elis ona sığınacaq verir və izi itirmək üçün gənci qadın paltarında öz bacısı kimi qələmə verir.
Birlikdə yaşadıqları müddətdə Elis və Barton arasında sevgi hissləri yaranır. Lakin onların qurduğu bu gizli plan yerli serjantın qondarma «bacıya» diqqət yetirməsi və ona vurulması ilə gözlənilməz təhlükə ilə üzləşir.
«The Triple Echo» adlı hərbi dram filmi 1972-ci ildə Böyük Britaniyada rejissor Maykl Apted tərəfindən lentə alınıb. Baş rolları Qlenda Cekson, Oliver Rid, Brayan Dikon və Entoni Mey canlandırıblar.
«Üçqat əks-səda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 noyabr 1972
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Maykl Apted
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın