
Səhərin qanadları
İrlandiyalı zadəgan lord Klontarfın qaraçı Mari ilə evlənməsi ailəsi tərəfindən narazılıqla qarşılanır. Toydan qısa müddət sonra lordun at sürmə zamanı bədbəxt hadisə nəticəsində həlak olması qadını İspaniyaya köçməyə məcbur edir.
Əlli il sonra İspaniyada başlayan vətəndaş müharibəsi səbəbindən yaşlı qadın nəvəsi Mariya ilə birlikdə yenidən İrlandiyaya sığınır. Onlar özləri ilə bərabər gətirdikləri «Wings of the Morning» adlı cins atı Epsam qaçışlarında yarışdırmaq istəyirlər. Burada Mariya kanadalı gənc at məşqçisi Kerri Qilfallen ilə tanış olur və aralarında hisslər yaranır.
1937-ci ildə çəkilən «Səhərin qanadları» filmi Böyük Britaniya istehsalıdır. Ekran əsərinin quruluşçu rejissorları Harold D. Şuster və Qlenn Trayondur, baş rolları isə Annabella və Henri Fonda canlandırıb.
«Səhərin qanadları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 fevral 1937
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Harold D. Şuster, Qlenn Trayon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın