
Sübh tezdən qaçış
Çində davam edən hərbi əməliyyatlar yapon əsgəri Mikaminin taleyini alt-üst edir. Düşmən qüvvələrinə əsir düşən döyüşçü oradan canını qurtararaq xidmət etdiyi hərbi hissəyə qayıtmağı bacarır. Lakin ordu qanunlarına görə əsirliyə düşmək bağışlanmaz rüsvayçılıq sayıldığından, xidmət yoldaşları onu alçaldıcı şəkildə qarşılayırlar.
Ətrafdakıların təzyiqi altında qalan Mikami müğənni Harumi ilə yaxınlaşır və tezliklə onların arasında səmimi hisslər yaranır. Qaydaların amansızlığını və sevdiyi adamın hərbi məhkəmə ilə üz-üzə qalacağını anlayan Harumi əsgəri fərarilik edib oradan qaçmağa razı salmağa çalışır.
«Akatsuki no dasso» tarixi dram filmi 1950-ci ildə Yaponiyada istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru Senkichi Taniguchidir. Baş rolları Ryo Ikebe, Shirley Yamaguchi, Eitaro Ozawa və Hajime Izu canlandırıblar.
«Sübh tezdən qaçış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 yanvar 1950
- Ölkə
- Yaponiya
- Rejissor
- Senkichi Taniguchi
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 116 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın