
Ayrılmış bacılar
İraqda doğulan və sonralar Almaniyaya köçən Royda hazırda bu ölkənin ordusunda xidmət edir. O, doğma torpaqlarına qayıtmaq üçün könüllü olaraq xüsusi missiyaya qoşulur. Rəsmi olaraq onun vəzifəsi İŞİD-ə qarşı döyüşən kürd qadınlarına hərbi təlimlər keçməkdir.
Lakin Roydanın bu təhlükəli səfərə çıxmaqda tamam başqa bir şəxsi niyyəti var. O, vaxtilə İraqda qalmış və hazırda itkin düşmüş bacısını tapmağa çalışır. Hərbi düşərgədəki təlimlər davam etdikcə o, doğma insanından bir xəbər almaq üçün yollar axtarır.
«Ayrılmış bacılar» (Im Feuer) hərbi dramını rejissor Dafne Xarizani ərsəyə gətirib. Almaniya və Yunanıstanın birgə istehsalı olan bu film 2020-ci ildə ekranlara çıxıb. Əsas rolları Almila Bağrıaçıq, Zübeyde Bulut, Məryəm Boubani və Kristof Letkovski canlandırıblar.
«Ayrılmış bacılar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 fevral 2020
- Ölkə
- Almaniya, Yunanıstan
- Rejissor
- Dafne Xarizani
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın